“O, uşaqlıqda mağaranın divarlarına sevimli mamontunun rəsmlərini çəkərmiş”backend

"O, uşaqlıqda mağaranın divarlarına sevimli mamontunun rəsmlərini çəkərmiş"

Çatdı başa, dəydi daşa həf´təmiz!

Ramiz mamontu görüb

Kim isə deyəndə ki, millət deyilik – inciyirik.

Başda oturanlarımız – Administrasiya rəhbəri, deputat və bu kimi gəmiricilər – mağara adamları imişlər.

Mehdiyevin kürəkəni Əliyev bunu “qara bayram”a çevrilən toyda bəyan etdi.

Sən demə, həm özü, həm qayınpapası tayfa başçılarıdlr. Əgər qəbilə–tayfa rejimində yaşayırsansa, niyə özünü hər hansı millətin vəkili adlandırırdın?!

Bəd bəxtimizə bax: ölkəmizi, həyatımızı pitekantroplar idarə edir!

Deyilənə görə, daş dövründən qalan tayfa başçılarının “daş atası” Ramiz Mehdiyev uşaqlıqda mağaranın divarlarına sevimli mamontunun və papontunun rəsmlərini çəkərmiş…

“Nə tökmüsən qazanına – tıxa boğazına!”

Bildiyim ən maymaq telekanallardan olan “Yuronyus” («Euronews») gürcü dilində veriliş yayımlamağa başlayır. 80 nəfərdən artıq gürcü əməkdaş işlə təmin edilib. Verilişlər xəbər blokları şəklində gün ərzində 24 saat efirə çıxacaq.

Bütün dünyada cəmi heç 4 qram, pardon, milyon gürcü olmadığı halda bu, çox bahalı hədiyyədir. Rəsmi məlumata əsasən, təkcə ölkəmizdə 10 milyona yaxın azərbaycanlı yaşayır. Filan qədər soydaşımız – Ukraynada, behman – Mərkəzi Asiya ölkələrində, xeyli sayda – Rusiya imperiyasında məskunlaşıb. Bəs niyə Avropa Birliyinin rəsmi televiziya kanalı Azərbaycan dilində yayımlanmır? Nə üçün Avropa bizi saymır?! Biz “kilo-kilo” gələrik. Hər halda, gürcülərdən, albanlardan çoxuq.

Bu sualları yuxuda “Euronews”un rəhbərinə ünvanladım. Amma o, güman ki, yuxulu deyildi. Çünki belə cavab verdi:

– Siz illər boyu rus dilinin tədrisinə və rus dilində təhsilə yüzlərcə milyon dollar vəsait xərcləmisiniz. İndi gedin, bizə rus dilində baxın!

“Stariçok” Putin və onun “Noviçok”u

İstər təyyarə, qatar, avtobus, minik maşınında, yaxud piyada surətdə sərhədi keçən hər kəsdən soruşurlar:

– Qadağan olunan əşyalar – odlu silah, partlayıcı və narkotik maddələr varmı?

İnanmaq çətindir indiyədək kim isə cavab verib “Var”…

Pıçıltı ilə deyildiyinə görə, Dünya Könüllü Sərhədçilər Federasiyasının (haradasa beləsi də var) haradansa qəbul etdiyi yeni qaydalara əsasən, Rusiya vətəndaşlarından əlavə soruşulacaq:

– “Noviçok”, yest bratişka?”.

İnanmaq çətindir kim isə cavab versin ki, “Yest, yest”…

Bu uşağın anası kim, atası kim?

Mənasız cılız reportajlar silsiləsində Salyan məktəblərinin birini göstərdilər. Direktor binanın qarşısında bir neçə məzunla söhbət edirdi. Ehtimal ki, vətənpərvərlik mövzusunda.

Yeniyetmə oğlanlardan biri qısaqol düyməsiz ağ köynəkdə idi. Sinəsində “RUSSİA” yazılmışdı. Çox iri hərflərlə.

Uzatmaq lazım deyil. Axı niyə birbaşa “Hayastan”, “Yerevan”, “Andronik”, “Qaregin Nijde” və sair murdarlıq yazmırsan?! Hərçənd, yazmış kimisən, kiçicik vətənpərvər oğlan…

Kilo-kilo

Yekə mağazalardan birində “İvanovka” pendirinə 8 manat qiymət yazılmışdı. Satıcıya dedim:

– Niyə 8? Həmin kənddə bu pendirin kiloqramı 5 manatadır.

Özünü hamıdan ağıllı sayan və bu səbəbdən piştaxta arxasında duran cavan oğlan inamla dilləndi:

– Axı bunu kənddən maşında gətirirlər.

Cavabım sual oldu:

– Kilo-kilo?..

İnsanabənzər məmurlar

Onlar eybəcər qanun layihələri hazırlayır, Milli Məclisdə təsdiqlədir, sonra həmin qanunları şişin “quyruğ”una bağlayıb, xalqın canına yeridirlər. Azğınlaşanda – qanunla baş kəsirlər.

Bundan başqa, müsahibə verir, mətbuat konfransı keçirirlər. Ağızlarını açanda – köpük axıb tökülür. Başının içindəki bağırsağından gəlir. Deyirlər ki, 1 manatlıq taksi xalqı xarab edər. Şənbə və bazar günlərində avtobus işləməyəcək – camaat taksiyə minsin…

Hər minməyin düşməyi var. Bəlkə özün layiq olmadığın vəzifədən düşəsən?!

Adam ol, adamlarla adam kimi rəftar et!

Xoş getdin!..

Kütləvi informasiya vasitələrində təxribat səciyyəli informasiya hər vasitə ilə kütləvi surətdə yerləşdirilir… Buna bənzər söz jonqlyorluğundan sonra, başın gicəllənməyibsə, keçək mətləbə.

Yazda hər həkim ağzından səs gəlirdi: “Koronavirus havanın 25 dərəcə hərarətində öləcək”.

“Bu il yay çox qızmar keçəcək” falını isə hər maymaq yerindən qalxmadan deyirdi.

Nə qədər filankəsin “YouTube” kanalı, sayt xəbəri belə təxribat nəticəsində açıldı, sahibinə filan qədər maddi xeyir gətirdi. Belə olub, olur, sonra da belə olacaq. Çünki xəbər istehsalçısı – dələduz, istehlakçısı – maymaqdır.

Tanış maymaqlardan biri (bu cürəsi bir deyil, min bir deyil…) yayın əvvəlində mənə link göndərdi. Xəbərin başlığında deyilirdi ki, “COVID–19”un peyvəndi tapılıb.

Adətən, maymaqları sakitcə yola verirəm. Bu dəfə “sükut”u pozdum. Yazdım: “Doğrudanmı hesab edirsən ki, bəşəri bəlanın çarəsi barədə məlumat Dünya Səhiyyə Təşkilatından, Cons Hopkins Universitetindən, hər hansı inkişaf etmiş dövlətin başçısından, öz prezidentimizdən deyil, tanımadığın fırıldaqçının yetim, pardon, yutub kanalından gələcək?”.

Əminəm ki, fikrimi anlamadı. Elə buna görə belələrini, adətən, sakitcə yola verirəm.

Gəlib hoppana-hoppana

Camaatın tayfası var. Adı, familiyası var.

Tayfada vəzifəsi var. BAŞÇI.

Uzağa tullanması var. Mağaradan birbaşa vəzifə kürsüsünə hoppanıb.

Şəklinə bax. Qorilladır sanki. Meymunun yekəsi! Kinq-Konq.

Özünə demə, inciyər. Yox, yox, qəzəblənər. Əllərini sinəsinə vurar, mən-mən deyər. Hiddətlənər meymun adlandırdığımıza görə. Şir, aslan desək – inciməz. Qürrələnər. Halbuki, şir də…

…Heyvandır ki, heyvan!

Əslində

Axı niyə Ramiz Mehdiyev onu “Rusiyanın adamı” adlandıranları məhkəməyə vermir?

Əgər məsələ həqiqətən belədirsə, niyə ölkəmin milli elmlərsiz akademiyasına xarici dövlətin mənafeyini qoruyan şəxs – düşmən başçılıq etməlidir?!!

Qeyd: Azərbaycanda Rusiyanın adamı yoxdur. Ona xidmət edən, əslində, Rusiyanın …heyvanıdır.

Xristos-katalikos

Yaxşı məlumdur ki, ermənilər hər şeyi – məkanı, mədəniyyəti, tarixi – özünküləşdirməkdə abır, həya, məntiq, şüur hüdudlarını aşırlar.

İran mənşəli “-yan”larla bitən soyadlar guya erməni milli sərvətidir.

Qara dənizin cənub və şərq sahillərindən Xəzərin qərbinədək uzanan və sayca cılız erməni milləti üçün həddən artıq nəhəng olan ərazi “Böyük Ermənistan” elan edilib.

Adı “-an» və “-van” sonluqlu coğrafi məkanları, nə qədər gülünc və ruhi diaqnoz kimi səslənsə də, tarixi erməni obaları sayırlar. Bu yolla nəinki İrəvan (Yerevan) şəhəri, həmçinin Türkiyədəki Van gölü, bizim Mərdəkan, Şüvəlan, Muğan, Şirvan, Nabran, Şabran, Salyan, Lənkəran…, eləcə də Kanadanın Saskaçevan əyaləti onlara məxsusdur.

Türk və alban mədəniyyət və memarlıq abidələri, Azərbaycan musiqisi, mətbəxi… Bəs füsunkar Qarabağ?!

Kaş biz Azərbaycanı ermənilərin torpaqlarımızı sevdikləri kimi sevəydik!

Xristian (oxuma: “xristiyan”) dünyası İsa peyğəmbərin 2000 illiyini qeyd edərkən (müəmmaları qoyaq kənara), diaqnozu “erməni” olan bəziləri iddia edirdilər ki, xaçpərəstlik onlarda …daha əvvəl meydana gəlib. Əlbəttə, axı “Xristos” və “katalikos” sözləri həmahəng səslənir…

A.ƏZİZ,

KONKRET.az

  • Professor
    Sentyabr 20, 2020 - 14:36

    Oldukça mantıksız bir yazı, müellif yalan yazır, Gürcü dilinde Euronews’ta programlarla başlanması, onu ile bağlıdır ki: Gürcistan AB özün için bir hedef olarak kabul etmişti.
    İkincisi gürçü dile örnek yok.
    Büyük önderin dediğine göre , biz bir millet iki devletiz, bir milletin bir dili olur, dilimiz Türkçe, Türkcede’de Eurunews kanalı var.öMüellif Rus düşmanıdır ona göre onun ile tartışmak çok zor. Rusya’da 2 mln. Beyandasınız var, bütün nazar bizim millette Zengin iş adamlarımız var, hamdı ülkede Azerbaycanlılar, o kadar rahattılar. Değiniz mene, yani Rus halkı bize düşmen değil. Putinlet gedir geliyor, Rus halkı kalıyor, onu unutmamak lazım.
    Üniteyle çok primitif yazı, Sizin saygınıza uygun değil

  • teyyar
    Sentyabr 21, 2020 - 09:54

    məncə yazı indiki durumda gedər qəbul oluna bilər çünki həqiqətən meymunda heyvandır aslanda heyvandır insansa özünü onun birinə bənzədir kiminə xoş olur kimi naxoş olur

teyyar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*