Odessada yaşayan azərbaycanlı: “Bu gün 3 dəfə raket atılıb, ölən var”backend

Odessada yaşayan azərbaycanlı: “Bu gün 3 dəfə raket atılıb, ölən var”

Rusiya ordusu Odessaya raket zərbəsi endirib. Nəticədə ölən və yaralananlar var.

KONKRET.az xəbər verir ki, hadisə barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko “Telegram” kanalında bildirib.

Odessada yaşayan azərbaycanlı anar Natiqoğlu isə BizimMedia-ya deyib ki, hadisə nəticəsində ölən var.

“Hazırda sakitçilikdir. Bu gün 3 dəfə raket atılıb. Onlardan biri yaşayış binasına, digəri kilsəyə düşüb. Bir nəfər ölüb, iki nəfər yaralıb”, – deyə Anar Natiqoğlu qeyd edib.

Odessa Vilayət Administrasiyasından isə bildirilib ki, ölən və yaralıların sayı tam dəqiqləşdirilməyib. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*