Oğlunu ac saxlayan veqan qadın ömürlük HƏBS EDİLDİbackend

Oğlunu ac saxlayan veqan qadın ömürlük HƏBS EDİLDİ

ABŞ-da azyaşlı oğlunun qida çatışmazlığından ölümünə səbəb olan veqan qadın ömürlük həbs cəzasına məhkum edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 38 yaşlı veqan Şeyla Oliri oğlu Ezra Olirini meyvə, tərəvəz və ana südü ilə qidalandırıb.

Polisdən verilən məlumatına görə, 18 aylıq oğlanın çəkisi 8 kiloqram olub.

Oliriyə uşaqlara qarşı kobud zorakılıq və qəsdən adam öldürmə ittihamı irəli sürülüb.

Məhkəmə qadını qətldə təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.

Onun əri, hazırda həbsdə olan Rayan Patrik Olirinin də eyni ittihamla mühakimə olunacağı gözlənilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*