Oğuz rayonunda əkin sahəsi yanır.
KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Nazirliyin regional idarəsinin rəisi Akif Məmmədov bildirib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür:
“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.
