Oğuzda evdə partlayış oldu, xəsarət alan varbackend

Oğuzda evdə partlayış oldu, xəsarət alan var

Oğuzda qaz sızmasından partlayış baş verib, bir nəfər xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Sincan kəndində baş verib.

Həmin kənd sakini Məmmədyarov İmran Süleyman oğluna  məxsus yaşayış evində baş verən partlayış zamanı ev sahibinin oğlu Nurlan Məmmədyarov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*