Alman politoloqu və jurnalisti Qreqori Şpitzen hesab edir ki, kansler Olaf Şolts ölkə tarixinin ən uğursuz siyasətçisidir.
KONKRET.az xəbər verir ki, aparılan sorğulara görə, Şoltsun reytinqi aşağı düşüb. Bu isə Almaniya tarixində ilk hadisədir.
Politoloqun fikrincə, Şolts nə Villi Brandt nə də Helmut Koldur. Alman xalqı artıq onun barəsində öz hökmünü açıqlayıb.
“Bu adam keçib gedən bir xarakterdir, çox güman ki, növbəti Bundestaq seçkilərinə qədər də unudulacaq. O, kifayət qədər səhvlər edib. Onun Rusiya-Almaniya münasibətləri ilə bağlı etdiyi səhvlər Almaniya iqtisadiyyatı ilə bağlı etdiyi səhvlər qədər dəhşətlidir”, – deyə Şpitzen bildirib.
Vəli Həsənov,
KONKRET.az
