Ermənistan canını Rusiyadan qurtarmağa çalışsa da, bu o qədər də asan məsələyə oxşamır. Strateji müttəfiqlər arasında yaranan fikir ayrılığı Ermənistanı Qərbə üz tutmağa vadar edib. Ermənistanın Rusiyanın patronajlığı altındakı təşkilatların iclaslarında iştirakdan imtina etməsi Şimal qonşumuzu narahat etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, iki ölkə arasında münasibətləri diqqətdə saxlayan qazaxıstanlı politoloq Oljas Əmirjanov bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın Moskvaya getməkdən imtina etməsi İrəvanın Rusiya ilə bağlı tədbirlərdə iştirakını sistemli şəkildə azaltdığının daha bir sübutudur.
Səbəb isə İrəvanın hərəkətlərinə təkcə Parisdən deyil, həm də Vaşinqtondan nəzarət edilməsidir: “Vaşinqton Ermənistana tərəfdaş dövlət kimi yox, bir növ vassal qurum kimi baxır. ABŞ və İrəvanın bəzi bəyanatlarına əsasən, Ermənistanın əzmlə həyata keçirmək istədiyi müəyyən fəaliyyət planı var. Bunun müqabilində Birləşmiş Ştatlar ona öz nəzarətini və siyasi dəstəyini, o cümlədən, maliyyə yardımını vəd edir. Üstəlik, Paşinyan yaxşı anlayır ki, Fransanın Cənubi Qafqaza təsir gücü yetərli deyil. Ermənistan zəif qadın kimi etibarlı kişi axtarır. İndi ermənilər ABŞ-ı daha güclü “kişi” hesab edir. Bu, Ermənistanın baş nazirinin düşünülmüş yanaşmasıdır. Prinsipcə, İrəvanın amerikalı sponsorları ilə fəal yaxınlaşması uzun müddətdir davam edir və dinamika sistematik şəkildə artır. ABŞ və Ermənistanın bu yaxınlarda keçirdiyi hərbi təlimləri xatırlayın. MDB məkanında bu cür mürəkkəb təxribatlarla ermənilərdən başqa kim öyünə bilər? Bu, sadəcə Moskvanı qıcıqlandırmaq üçün gündəmdə olan siyasi teatr deyil. Bu, Ermənistan hökuməti nümayəndələrinin Amerika Dövlət Departamenti və ABŞ-ın digər strukturları ilə fəal şəkildə əlaqələrini inkişaf etdirdiyinin real əlamətləridir”.
Qazaxıstanlı politoloqun fikrincə, ABŞ-ın planı Ermənistanın MDB, Aİİ və KTMT-dən çıxmasına nail olmaqdır.
“Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzv ölkələr xüsusən də Mərkəzi Asiyada iki cəbhədə açıq şəkildə oyun oynayan İrəvanın davranışından son dərəcə ehtiyatlanırlar. Bəli, Moskvanın hərbi-siyasi xətti aydın deyil. Lakin Ermənistanın Rusiya və MDB ölkələrinin tərəfdaşı və müttəfiqi olan ölkədən Qərbin agentinə sürətlə çevrilməsi müəyyən narahatlıq doğurur. Vaşinqtonun ABŞ-ın Ermənistanın ərazi bütövlüyünün keşiyində dayanması və onunla müxtəlif sahələrdə əməkdaşlıq etməsi ilə bağlı son bəyanatı Ermənistanın MDB ilə əməkdaşlığı dayandıracağı, Aİİ-dən çıxdığını elan edəcəyi və Amerika hərbçilərini regiona dəvət etməsi ilə nəticələnəcək. Baxmayaraq ki, başlanğıcda onlar humanitar örtük altında olacaqlar. Düşünürəm ki, Vaşinqton İrəvana Kremlin əsas alətlərindən biri kimi MDB və Aİİ-nin strukturunu sökmək əmri verib. KTMT-dən çıxmaq kifayət qədər təxribat xarakterli hərəkətdir. Moskva bunu son dərəcə mənfi qəbul edə bilər. Deməli, Paşinyan bu addımı sona saxlayacaq”.
Vəli Həsənov,
KONKRET.az

Bu ermənistan haqqında ən düzgün fikirdir. Amma zəif qafın kimi yox, küçə qadını kimi güclü krışa axtarır, daha düzgün olardı.