“Ölkəmiz cinayətkar elan olunacaq” deyən müəllimə cərimələndibackend

“Ölkəmiz cinayətkar elan olunacaq” deyən müəllimə cərimələndi

Kamçatka vilayəti məhkəməsi müəllimə işləyən Vasili Verşininanı Rusiya ordusunu “diskreditasiya” maddəsi ilə 30 min rubl, polisə tabe olmamaq maddəsi ilə isə iki min rubl cərimələyib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, o, sentyabrın 19-da dərs zamanı üç mülki geyimli polis əməkdaşı tərəfindən saxlanılıb, bundan sonra iki gün xüsusi təcridxanada saxlanılıb.

Polis məmurlarından birinin dediyinə görə, Verşinina ona “güc tətbiq edib”, bunun nəticəsində əllərində cızıqlar qalıb. Həbsin əsas səbəbi Verşininanın “Ölkəmiz cinayətkar elan olunacaq” ifadəsi olub. Bu sözlərin harada deyildiyi isə göstərilmir. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Hadisədən sonra Verşininanın sinif rəhbərliyi ləğv edilib, lakin şagird və valideynlərinin tələbi ilə onu işdən çıxarmayıblar. Məktəblə parallel, Vershinina VKontakte-də bloqer kimi də çıxışlar edib. O, xüsusilə Kamçatka ərazisi hökumətini istefaya çağırıb, dünyanın “satanistlər və faşistlər” tərəfindən necə idarə olunduğuna dair videolar yayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*