Moskvadakı terakt qurbanlarının sayı 115 nəfər oldu – bu rəqəmin artma ehtimalı var
Moskvadaki “Crocus City Hall-da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatı yayılıb. “Axtarış işləri davam edir”, – deyə komitə əlavə edib.
Qeyd edək ki, Moskva vilayətinin Səhiyyə Nazirliyinin məlumatına görə, azı 121 nəfər yaralanıb. Qubernator Andrey Vorobyov beşi uşaq olmaqla 115 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Xatirə SADİQ,
KONKRET.az