Astrologiya şərhlərinə görə bəzi bürclər detallara həddindən artıq diqqət yetirmələri, seçici və dəyişkən xarakterləri səbəbindən daha çətin razı salınan və kaprizli bürclər arasında göstərilir.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bürclərə aid xarakter analizlərində kaprizli kimi təsvir olunan bürclər maraq doğurur. Astroloji şərhlərində bəzi bürclərin yüksək gözləntiləri, mükəmməlliyyətçi yanaşmaları və emosional eniş-yoxuşları səbəbindən onları razı salmağın daha çətin olduğu bildirilir.
Qız bürcü
Astroloji şərhlərinə görə, Qız bürcü mükəmməlliyyətçi xarakteri ilə diqqət çəkir. Xırda detallara böyük önəm verən Qızların bu səbəbdən asanlıqla qane olmadığı bildirilir.
Şir bürcü
Şir bürcü üçün diqqət görmək və dəyər verilmək istəyi ön plana çıxır. Gözləntiləri qarşılanmadıqda incik və həssas davranışlar sərgiləyə biləcəyi deyilən Şirlərin zaman-zaman kaprizli kimi qiymətləndirildiyi bildirilir.
Xərçəng bürcü
Astroloji dəyərləndirmələrində Xərçəng bürcü həssas xarakteri ilə ön plana çıxır. Emosional eniş-yoxuşlar yaşayan Xərçənglərin gözləntiləri qarşılanmadıqda özlərinə qapana və ya tez inciyən davranışlar sərgiləyə biləcəyi bildirilir.
Tərəzi bürcü
Tərəzi bürcü üçün qərarsızlıq və daim ən yaxşısını axtarma meyli ön plana çıxır. Bildirilir ki, bu hal seçim edərkən uzun müddət tərəddüd etmələrinə və tez-tez narazılıq hissi yaşamalarına səbəb ola bilər.
