Onlar Paşinyanı təbrik etdilər – SİYAHIbackend

Onlar Paşinyanı təbrik etdilər - SİYAHI

Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərində qələbəsini elan edib.

KONKRET.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bütün səslərin sayılmasının yekun nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası təxminən 727 min səs toplayaraq 49,81 faiz nəticə ilə birinci olub.

Seçki nəticələrinin açıqlanmasından sonra bir sıra beynəlxalq liderlər Paşinyanı təbrik edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, 2018-ci il “məxməri inqilab” ruhu Paşinyanın rəhbərliyi ilə davam edir və Avropa İttifaqı demokratik Ermənistanla əməkdaşlığı yüksək qiymətləndirir.

Fransa prezidenti Emmanuel Makron seçki qələbəsini təbrik edərək, Ermənistanla əməkdaşlığın gücləndirilməsi, sülhün və suverenliyin dəstəklənməsi istiqamətində işlərin davam edəcəyini qeyd edib.

Latviya prezidenti Edqars Rinkeviçs Ermənistanın demokratik yolunu seçdiyini vurğulayaraq, ölkəsinin Ermənistan–Avropa İttifaqı münasibətlərini dəstəklədiyini bildirib.

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya da Ermənistan xalqını “demokratiyanın qələbəsi” münasibətilə təbrik edib və ölkənin Avropa gələcəyinə doğru irəlilədiyini deyib.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev isə seçkilərin beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin ilkin rəylərinə əsasən qanunvericiliyə uyğun keçirildiyini bildirib və Ermənistanla əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*