Paris meri Ann Hidalqo Rusiya və Belarus idmançılarının bu il Fransa paytaxtında keçiriləcək Olimpiya Oyunlarında iştirakına sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, o, ölkəsində rusiyalı idmançıların xoş qarşılanmayacağını söyləyib.
“Mən Rusiya və Belarus idmançılarına Parisdə xoş qarşılanmadıqlarını demək istəyirəm. Həmçinin, Ukrayna idmançılarına və bütün Ukrayna xalqına demək istəyirəm ki, biz onları hədsiz dəstəkləyirik”, – Hidalqo bildirib.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançılar yalnız neytral idmançı kimi iştirak edə bilərlər.
Burhan,
KONKRET.az