“Onun əlində yəhudi qanı var” – ŞOKbackend

"Onun əlində yəhudi qanı var" - ŞOK

İsrailin “Jerusalem Post” qəzeti mübahisəli iddia ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, nəşr “Oktyabrın 7-də Şimali Koreyanın qanlı barmaq izləri” başlıqlı təhlil dərc edib.

Məqalədə qeyd olunub ki, Şimali Koreya İsrailin düşmənindən başqa bir şey olmadığını göstərir və Onun İran və Suriya ilə sıx əlaqələri var, həmçinin HƏMAS və Hizbullahı dəstəkləyir.

Bildirilib ki, Şimali Koreya istehsalı olan silahlar HƏMAS tərəfindən istifadə edilir:

“Kim Çen təhlükəlidir. İsrailin Şimali Koreyaya qarşı daha sərt mövqe tutması və Pxenyanın Yaxın Şərqdəki fitnələrinin qarşısını alması üçün Cənubi Koreya ilə münasibətlərini gücləndirməsi çox vacibdir. Sadə dillə desək, Şimali Koreyanın əlində yəhudi qanı var və bu, cəzasız qalmamalıdır”.

Məqaləni yazan Mixail Freund baş nazir Benyamin Netanyahunun hakimiyyətinin ilk dövründə kommunikasiyalar üzrə direktor müavini vəzifəsində çalışıb. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*