Orban bu ilə qədər Macarıstanın Baş naziri vəzifəsində qalmağı planlaşdırırbackend

Orban bu ilə qədər Macarıstanın Baş naziri vəzifəsində qalmağı planlaşdırır

13 ildən artıqdır davamlı olaraq hakimiyyətdə olan Macarıstanın Baş naziri Viktor Orban 2034-cü ilə qədər hökumətin başında qalacağını planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə o, Macarıstan Vətəndaş Forumunun fəalları ilə görüşündəki çıxışında bildirib.

Orban etiraf edib ki, Ukrayna münaqişəsinin yaratdığı iqtisadi çətinliklər və Aİ-nin Rusiyaya qarşı sanksiyaları səbəbindən onun hökumətinin və rəhbərlik etdiyi Macarıstan Vətəndaş Birliyi partiyasının populyarlığı bir qədər azalıb, lakin “digər Avropanın hakim partiyaları qədər deyil” .

Orban həmçinin qeyd edib ki, hökumət əhalinin real gəlirlərinin azalmasından xəbərdardır, lakin ilin sonuna qədər bu tendensiya əksinə çevrilməlidir.

Xatırladaq ki, Orban 2010-cu ildən fasiləsiz baş nazirdir. 2022-ci ilin aprelində onun partiyası Xristian Demokratlar ilə birlikdə parlamentdəki 199 yerdən 135-ni alaraq milli seçkilərdə böyük qələbə qazanıb. Bu, siyasətçiyə daha dörd il müddətinə baş nazir vəzifəsində qalmağa imkan verib. Macarıstanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*