Budapeştdə on minlərlə etirazçı baş nazir Viktor Orbanın istefasını tələb edib.
KONKRET.az xəbər verir ki, bu, son həftələrdə hökumətə qarşı ikinci kütləvi etirazdır.
Etirazlara Orbanın keçmiş partiya üzvü Peter Madyar rəhbərlik edir. Bundan əvvəl o, hökumətin korrupsiya siyasətindən danışıb və bunu təsdiqləyən audio yazı dərc edib.
Hazırda Peter Madyar öz siyasi partiyasını yaratmağa çalışır.
Burhan,
KONKRET.az
