Ordu generalından PROQNOZ: “Türkiyə, Rusiya və Azərbaycan güclərini birləşdirə bilər”backend

Ordu generalından PROQNOZ: "Türkiyə, Rusiya və Azərbaycan güclərini birləşdirə bilər"

“ABŞ hakimiyyəti Rusiya – Ukrayna müharibəsindən sui-istifadə edərək Cənubi Qafqaza “burun soxmağa” çalışır.

KONKERT.az xəbər verir ki, bu sözlər Türkiyənin Təqaüddə olan Zabitlər Cəmiyyətinin sədri, istefada olan aviasiya general-leytenantı Ərdoğan Karakuş deyib.

O, xüsusilə xatırladıb ki, sentyabrın 11-də Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayacaq.

“Burada biz Vaşinqtondan Tehrana da mesaj görürük: bir növ ABŞ İrana regiona qarışma! Ermənistan indi topa bənzəyir, biri təpikləyir, sonra başqası”, – deyə Karakuş bildirib.

Korgeneralın fikrincə, Rusiya hərbi bazasının olmasına baxmayaraq, Ermənistanın ABŞ-la hərbi təlimlərə razılıq verməsi “çox təəccüblüdür.

Ekspert əmindir ki, Türkiyə, Rusiya və Azərbaycan ABŞ-ın regionda möhkəmlənməsinin qarşısını almaq üçün güclərini birləşdirəcək.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*