“Ordunun və əhalinin təhlükəsizliyinin təmin edilməsi hökumətin gündəliyindədir”.
KONKRET.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
O, bildirib ki, orduda koronavirusdan qorunmaq və virusun yayılmaması üçün nəzərdə tutulan qaydalar haqda yaxın günlərdə açıqlama veriləcək.
