Oskanyan seçki ilə bağlı elə şeylər dedi ki… – Qərb və Rusiya arasında…backend

Oskanyan seçki ilə bağlı elə şeylər dedi ki... - Qərb və Rusiya arasında...

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, ölkədə keçirilən parlament seçkiləri Qərb və Rusiya arasında geosiyasi seçim deyil, Ermənistan dövlətçiliyinin zəifləməsinə qarşı milli etiraz olub.

KONKRET.az xəbər verir ki, Oskanyan sosial şəbəkədə paylaşdığı açıqlamada beynəlxalq ictimaiyyətin seçkilərlə bağlı qiymətləndirmələrini “səthi və yanlış” adlandırıb.

Onun sözlərinə görə, xarici mediada səsvermənin Qərbyönlü hakimiyyətlə Rusiyayönlü müxalifət arasında qarşıdurma kimi təqdim olunması ölkədəki dərin siyasi böhranın mahiyyətini gizlədir.

Sabiq nazir qeyd edib ki, erməni seçicilərin əksəriyyəti yeni güzəştlərə, kapitulyasiyaya və dövlətin tarixi, konstitusion əsaslarının zəiflədilməsinə etiraz edib.

O, bildirib ki, Ermənistan üçün əsas məsələ Rusiya və ya Qərb arasında seçim deyil, ölkənin suverenliyinin qorunması və milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsidir.

Oskanyan həmçinin Azərbaycanın tələbləri, mümkün konstitusiya dəyişiklikləri və yeni güzəştlərlə bağlı müzakirələrin Ermənistan cəmiyyətində ciddi narahatlıq yaratdığını iddia edib.

Sabiq XİN rəhbərinin sözlərinə görə, seçki prosesi təzyiq, qorxu mühiti, inzibati resurslardan istifadə və qanunun selektiv tətbiqi ilə müşayiət olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*