Oteldə bomba həyəcanı – Qonaqlar təxliyə edildibackend

Oteldə bomba həyəcanı - Qonaqlar təxliyə edildi

Almatıdakı “The Ritz-Carlton” otelində bomba həyəcanı yaşanıb. 

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, sentyabrın 3-də yerli vaxtla saat 23:51-də Almatıdakı “Esentai Tower” biznes mərkəzində yerləşən otelə bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub.

Dərhal şəhərin bütün təcili yardım xidmətləri əraziyə cəlb olunub. Qonaqların və otel işçilərinin təxliyəsi həyata keçirilib. İki saata yaxın binada axtarış aparılıb, partlayıcı qurğu aşkar edilməyib.

Hazırda anonim şəxsin müəyyən edilməsi, saxlanılması və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*