Özbəkistan-Qırğızıstan sərhədində ATIŞMA – 3 Qırğız vətəndaşı ölübackend

Özbəkistan-Qırğızıstan sərhədində ATIŞMA - 3 Qırğız vətəndaşı ölü

Özbəkistan sərhədçilərinin Qırğız Respublikası ilə sərhəd zonasında silah tətbiq etməsi nəticəsində Qırğızıstanın 3 vətəndaşı ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin İnformasiya və kommunikasiya İdarəsi bildirib.

Məlumata görə, hadisə Özbəkistanla sərhəddə yerləşən Calalabad vilayəti Ala-Bukin rayonunun Dobo-Korqon kəndinə yaxın ərazidə baş verib. Bildirilib ki, sərhədçilərin açdığı atəş nəticəsində Qırğızıstanın 3 vətəndaşı yaralı halda hospitala yerləşdirilsə də, orada ölüb.

Qırğız Respublikasının Ala-Bukinsk üzrə sərhəd zonasının nümayəndəsi ilə Özbəkistanın Yanqi-Kurqan üzrə sərhəd nümayəndəsi arasında hadisənin şəraitinin araşdırılması məqsədilə görüş olub. Tərəflər mayın 6-da da xidməti araşdırmanın yekununa dair danşıqları davam etdirir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*