Özbəkistan və İran arasında 15 əməkdaşlıq sənədi imzalanıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Tehranda ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Nəqliyyat, əczaçılıq, tranzit və digər sahələrdə Özbəkistan-İran əməkdaşlığının daha da inkişafına yönəlmiş sənədlər paketi qəbul edilib.
Şavkat Mirziyoyev və İran prezidenti İbrahim Rəisi iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə dair Birgə Bəyanat imzalayıblar.
Bundan başqa, birgə azad iqtisadi zonaların yaradılması, əməkdaşlıq memorandumları və digər sənədlər qəbul edilib.
İqbal Rzayev,
KONKRET.az
