Özbəkistanda pensiyalar barmaq izi ilə VERİLƏCƏKbackend

Özbəkistanda pensiyalar barmaq izi ilə VERİLƏCƏK

2023-cü il noyabrın 1-dən Özbəkistanda pensiya və müavinətlər barmaq izi ilə nağd şəkildə veriləcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

“Noyabrın 1-dən Özbəkistanda pensiya və müavinətlərin barmaq izi ilə nağd qaydada verilməsi nəzərdə tutulur. Vətəndaşlar xüsusi planşetdə barmaq izini skan etdikdən sonra pensiya və müavinətləri nağd şəkildə ala biləcəklər”, – mesajda deyilir.

Qeyd edilib ki, bu, pul emissiyası zamanı təxminən yarıya qənaət etməyə imkan verəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*