Özbəkistanın hüquq-mühafizə orqanlarının əməkdaşları turistlərin təhlükəsizliyini təmin etmək üçün onlara cangüdən xidmətləri göstərə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Təhlükəsizlik Departamenti yeni xidmət növlərini təqdim edib. Xüsusilə, müzakirələr əcnəbi turistlərin, rəsmi nümayəndə heyətlərinin, biznes nümayəndələrinin və ölkənin digər qonaqlarının şəxsi təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühafizəçi xidmətlərindən istifadə məsələləri ətrafında aparılıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, bu xidmət əcnəbilərin səyahətləri zamanı təhlükəsizliyini təmin edəcək, bütün riskləri əvvəlcədən qiymətləndirəcək.
Həmçinin xidmət əməkdaşları marşrut boyunca təhlükəsizlik tədbirlərini təşkil edəcək və fövqəladə hallar zamanı dərhal öz addımını atacaq.
