Pakistanda hərbi konvoya terror hücumu – 9 nəfər ölübbackend

Pakistanda hərbi konvoya terror hücumu - 9 nəfər öldü

Pakistanda hərbi konvoya terror hücumu olub.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistan silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində doqquz əsgəri ölüb, beşi yaralanıb. Bildirilir ki, motosikldə olan kamikadze özünü partladıb.

Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, aşkarlanan bütün terrorçuların məhv edilməsi üçün əməliyyat aparılır.

Pakistanın baş naziri vəzifəsini icra edən Ənvər-ül-Haq Kakar ölən və yaralanan əsgərlərin ailələrinə başsağlığı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*