Pakistanlı tələbə WhatsApp mesajlarına görə ölüm cəzasına məhkum edildibackend

Pakistanlı tələbə WhatsApp mesajlarına görə ölüm cəzasına məhkum edildi

Pakistanın şimal-şərqindəki Pəncab əyalətində məhkəmə 22 yaşlı tələbəni ölüm cəzasına məhkum edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, WhatsApp mesajları üzərində küfrdə ittiham olunub. Məhkəmə belə nəticəyə gəlib ki, tələbə messencerdən Məhəmməd peyğəmbəri və onun həyat yoldaşlarını təhqir edən fotoşəkillər və videolar göndərmək üçün istifadə edib. Yerli sakin onun haqqında polisə şikayət edib.

Qeyd edək ki, Pakistanda eyni iş üzrə 17 yaşlı gənc ömürlük həbs cəzasına məhkum edilib. O, azyaşlı olduğu üçün ölüm cəzasına məhkum edilməyib. Hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər. Ölüm hökmündə olan məhbusun atası BBC-yə bildirib ki, o, Lahor Ali Məhkəməsinə müraciət etməyə hazılarşır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*