Pandemiyadan sonra hansı sahələrə diqqət artırılmalıdır? – AÇIQLAMAbackend

Pandemiyadan sonra hansı sahələrə diqqət artırılmalıdır? - AÇIQLAMA

Bu gün bütün dünya eləcə də Azərbaycan koronavirus pandemiyası ilə mübarizə aparır. Pandemiya  bir çox ölkələrin iqtisadiyyatını ific edib. Azərbaycanda isə ölkə başçısı və dövlət tərəfindən atılan opertiv addımlar sayəsində pandemiya ölkə iqtisadiyyatına çox da təsir edə bilməyib. Pandemiyadan sonra hansı sahələrə diqqət artırılmalıdır?

Bununla bağlı KONKRET.az-a danışan deputat Rüfət Quliyev bildirib ki, kənd təsərrüfatı ölkənin qida təhlükəsizliyinin təminatçısı olmalıdır: “Biz gərək qida təminatında heç kimdən asılı olmayaq. Azərbaycanda istər iqlim, istər iqtisadi, istərsə də dövlət dəstəyi baxımdan kənd təsərrüfatının inşkafı üçün hər cür şərait mövcuddur. Təsəvvür edin bu gün Azərbaycanda 42 faizə yaxın insan kənd təsərrüfatı ilə məşğul olur. Amma bu qədər insanın kənd təsərrüfatı ilə məşğul olmasına baxmayaraq biz yenə də tam özünü təmin edə bilmirik.

Aparıcı ölkələrdə kənd təsərrüfatı ilə yalnız 5-9 faiz insan məşğul olur. Elə ölkələr var ki, kənd təsərrüfatı ilə məşğul olanlar cəmi 2-3 faizdir. Amma qisməndə olsa özlərini qida ilə təmin edirlər. Artıq kənd təsərrüfatında yeni texnikalardan istifadə edilməlidir. Bizdə sahibkarlıq inkişaf etməlidir. Bunun üçün də dövlət tərəfindən lazım olan dəstək verilir. Biz təhsilimizdə böyük dönüş etmişik Biz bu dönüşü inkişaf etdirməliyək. Biz iqtisadiyyatımıza yeni təfəkkür və fikirlə  yanaşmalıyıq. Hər şey yenilənməli və mexanizmini dəyişməlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*