Parklarda cütlüklərə yaxınlaşıb pul istəyən SAXTA POLİS saxlanıldı – FOTObackend

Parklarda cütlüklərə yaxınlaşıb pul istəyən SAXTA POLİS saxlanıldı - FOTO

Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi aparıb pul tələb edən şəxs müəyyən olunub.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətindən bildirilib.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Həmçinin bildirilib ki, onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə 102 – Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*