“İndiki qrup 2018-ci ildə hakimiyyətə iki məqsədi həyata keçirmək üçün gəlib. Birincisi, “Artsax”ı tamamilə Azərbaycana təhvil vermək, ikincisi, Ermənistanı Türkiyə və Azərbaycanın vilayətinə çevirmək üçün”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın ilk Ombudsmanı Larisa Alaverdyan səsləndirib: “Mənim etibar etdiyim gizli sənədlərim yoxdur. Bunu hakimiyyətdə olan siyasi qruplaşmanın əməllərinə görə deyirəm. Onlar bu planı ardıcıl olaraq həyata keçirirlər. Bizi nəinki xaricdən təhdid edirlər, əksinə daxildən ələ keçiriblər”, – deyə Alaverdyan bildirib.
“Biz hüquqi və diplomatik ehtiyatın 5 faizindən belə istifadə etməmişik. Bu baxımdan “Artsax”ın öz müqəddəratını təyinetmə hüququndan bəhs edilməsi məni çox təəccübləndirir. Əminəm ki, 20 ildən artıq hazırlaşan və indi Ermənistanın maraqlarının əleyhinə hərəkət edən komandanı ancaq birlik məğlub edə bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
