“Paşinyan dəlidir, unikal təlxəkdir, sehrbazdır” – Politik.ambackend

"Paşinyan dəlidir, unikal təlxəkdir, sehrbazdır" - Politik.am

“2018-ci ildə baş verən siyasi dəyişikliklər nəticəsində Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndə cəmiyyətdə hər şeyin yaxşı olacağına dair yeni ümidlər yaranmışdı. Paşinyan ən azı müxalifətçi kimi parlament fəaliyyəti dövründə ictimai çıxışları ilə bir çox insanların rəğbətini və etimadını qazana bilmişdi”.

KONKRET.az xəbər verir ki, bu barədə politik.am nəşrində yazılan məqalədə vurğulanır.

Yazıda daha sonra deyilir: “Təbii ki, həyat başqa bir şey göstərdi. Və o da məlum oldu ki, yeganə problem Paşinyan deyil. Belə çıxır ki, problem qlobal miqyas alır.

Argentinada, məlum olduğu kimi, “El Loko” və ya “Dəli” adlandırılan Xavyer Miley prezident seçilib. O, Argentinanın siyasi həyatında dəliliyi ilə tanınır. Paşinyanı onun dəliliyi ilə müqayisə etmək olar. Yeri gəlmişkən, “El Loko” ləqəbli argentinalı prezident o vaxt elan etmişdi ki, onu siyasətlə məşğul olmağa Konan adlı bir ruh sövq edib və ekstrasens vasitəsilə ona çatıdırlıb ki, missiyası prezident olmaqdır.

Belə qənaətə gəlmək olar ki, dünyanın siyasi səhnəsində yeni tendensiya formalaşır. Argentina prezidenti Xavyer Miley və Ermənistanın baş naziri Nikol Paşinyanın personajlarının müqayisəli təhlilinə görə, bu tendensiyanın mahiyyəti nədir? Elitalar, bir qayda olaraq, öz prinsipsizliyi ilə seçilən, lakin xarizmatik, yumşaq desək, müəyyən mənada təzahür edə bilən xarizması ilə kütləni “ovsunlanmış vəziyyətdə” saxlamağı bacaran fiqurları gündəmə gətirirlər.

Ekssentrik, hətta qeyri-adekvat elementlər bu siyasətçiləri bir növ unikal təlxəyə, sehrbaza çevirir.

Təbii ki, Argentina Latın Amerikasının sonuncu ölkəsi deyil. Halbuki Argentina həm də müəyyən dərəcədə öz kimliyini müdafiə etməyi bacaran, Qərbə qarşı çıxmağı bacaran ölkə idi. Nəticədə hakimiyyətə “Dəli” gətirildi.

Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və bunu Rusiyanın regionda yeganə etibarlı dayağı olan Ermənistanın etməsi üçün mövcud olan geosiyasi problem aradan qaldırmaq lazım idi. Paşinyan bunu bacardı.

O kifayət qədər ağrılı şəkildə, Qarabağ bahasına və mümkün qədər məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bu tapşırığı uğurla ica edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*