“Paşinyan istefa verməyəcək” – Taron Çaxoyan bəyanat yaydıbackend

“Paşinyan istefa verməyəcək” – Taron Çaxoyan bəyanat yaydı

“Ermənistanın baş nazirinin istefası ilə bağlı şayiələr müxalifət tərəfdarlarını ruhlandırmaq üçün uydurulub”.

KONKRET.az xəbər verir ki, Ermənistanın baş nazirinin ofisi Nikol Paşinyanın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib. Xüsusilə, baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan bu dezinformasiya ilə bağlı açıqlama yayıb:

“Ermənistan vətəndaşları cəmi bir il əvvəl öz seçimlərini ediblər. İrəvan küçələrində “ “Artsax”ı xilas edin” qışqıranlar öz tərəfdarlarını ruhlandırmaq üçün növbəti yalanı uydururlar. Başa düşürəm ki, sıralarınız azalıb, amma belə kiçik zarafatlarla siz öz tərəfdarlarınızı daha da məyus edirsiniz”- deyə Çaxoyan bildirib.

Hakimiyyət nümayəndəsi əlavə edib ki, müxalifətin fəallığının azalması bir neçə günün işidir. Hər il istefa və növbədənkənar seçki tələb etmək isə absurddur.

Xatırladaq ki, mayın 2-də İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyalarında Paşinyanın Qarabağ siyasəti  tənqid edilir və onun istefası tələb olunur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*