Paşinyan Putindən nəhayət ki, “molodes” aldıbackend

Paşinyan Putindən nəhayət ki, “molodes” aldı

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin dövlət başçılarının videoformatda konfransı keçirilib.

KONKRET.az “Moskovskiy komsomolets” qəzetinə istinadən xəbər verir ki,  videokonfransda maraqlı anlar yaşanıb. Məsələn, Belarus prezidenti Lukaşenko 30 dəqiqəlik çıxışı zamanı bütün dövrlərdə, xüsusən son siyasi böhranın ən pik həddində Moskvanın ona verdiyi dəstək barədə bir kəlmə də olsun danışmayıb. Bu isə Vladimir Putinin heç də xoşuna gəlməyib. Bu vəziyyətdən Nikol Paşinyan lazımınca yararlanıb. Belə ki, Ermənistanın baş naziri çıxışı zamanı Qarabağ münaqişəsinin həllində vasitəçilik etdiyi üçün Rusiyaya və şəxsən Putinə təşəkkür edib. Onun sözlərinə görə, “Qarabağdakı vəziyyət tədricən sabitləşir, lakin hələ də həll olunmamış bir sıra təcili vəzifələr var. İlk növbədə əsir və girovların mübadiləsi, habelə cəsədlərinin qaytarılması… Erməni tərəfi bu istiqamətdə fəaliyyətini gücləndirməyə hazırdır və Azərbaycanın qarşılıqlı addımlarını gözləyir”.

Əvvəllər Paşinyanı bəyənmədiyini açıq şəkildə büruzə verən Vladimir Putin bu dəfə ondan razı qalıb. Və bunu çıxışında da sezdirərək Paşinyanı Lukaşenko və digər liderlərə sətiraltı nümunə göstərib. Rusiya prezidenti deyib ki, “Ermənistan baş naziri bir müddət əvvəl böyük şəxsi cəsarət tələb edən çətin qərarlar qəbul etməli idi. O, bunu çox böyük qətiyyətlə etdi”.

Putin hətta həmkarlarını Paşinyana və komandasına açıq şəkildə dəstək olmağa çağırıb. “Görüşümüzdə iştirak edənlər məsuliyyətin dərəcəsini bu cür başa düşməli və lazımı anda bu məsuliyyəti öz üzərlərinə götürməyi bacarmalıdırlar”.

Bəli, Paşinyan son iki ayın siyasi gərginliyindən sonra bu gecə ilk dəfə rahat yata bilər. Çünki bir zamanlar bəyənmədiyi ağasından nəhayət ki, ”molodes” ala bilib.

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*