Paşinyan ölkədə ordunun çevriliş edəcəyindən qorxur”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb.
“Müdafiə Nazirliyi hərbi qulluqçuların siyasi çağırışlar və ya elanlar verməsini, toplantılarda hərbi və ya xidməti geyimdə iştirakını qadağan edən qanunvericiliyə dəyişiklik təklif edir.
Layihə artıq parlamentdədir və gələn həftə qəbul olunacaq. Konstitusiyada artıq Ermənistan silahlı qüvvələrinin siyasi neytrallığı qorumağa borclu olduğu təsbit olunduğu halda, hökumət niyə buna gedir?
Rəsmi mənbənin sözlərinə görə, hökumətin görünən sakitliyinə baxmayaraq, Paşinyanın qorxuları işıq sürəti ilə artır. O hiss edir ki, orduda, xüsusən də Ermənistan ərazilərinin Azərbaycana qismən təhvil verilməsi ilə bağlı xeyli narazılıq yaranır. Paşinyan anlayır ki, hərbçilər özləri inqilaba hazırlaşır, ona görə də təhlükəli hadisələrin qarşısını əvvəlcədən almağa qərar verib”, – deyə erməni mətbuatı yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
