“Paşinyan ölkəmizi futbol topuna çevirib, kim istəsə təpikləyir”.
KONKRET.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan Facebook səhifəsində yazıb.
“Ermənistan futbol topudur.
Dünən səhər Ermənistanın Rusiyaya qarşı ABŞ-ın rəhbərlik etdiyi “Defender 23” hərbi təlimində iştirak edəcəyi xəbəri yayılıb. 20-dən çox ölkə iştirak edəcək.
Axşam məlum olub ki, Ermənistan hərbi təlimdə iştirak edənlər siyahısından çıxarılıb.
Bu gün səhər Müdafiə Nazirliyi Ermənistanın anti-Rusiya hərbi təliminin iştirakçıları siyahısında necə yer aldığını və sonradan onun niyə çıxarıldığını izah etmədən bu mövzu ilə bağlı “açıqlama” verib.
Müdafiə Nazirliyi yalnız yaxın vaxtlarda iki belə tədbirdə iştirak edəcəklərini bildirib.
“Tərcümə”də bu o deməkdir ki, rəsmi İrəvan həm Rusiya Federasiyasından, həm də ABŞ-dan zərbələr alıb və alacaq.
Qərb-Rusiya qlobal qarşıdurmasının qızğın vaxtında Paşinyanın hər iki tərəfə “hə” demək siyasəti Ermənistanı konfliktlər teatrına çevirir.
Bu, Ermənistanın xarici siyasətinin nə qədər avantürist olduğunu göstərir. Nikol Paşinyan ölkəmizi futbol topuna çevirib. kimisi bu topdan zərbə alır, kimisi də rəqibin qapısına qol vurmağa çalışir”, – deyə Tevanyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
