backend

Paşinyan Putindən etirazlardan qorxaraq Ermənistana KTMT qoşunlarının GÖNDƏRİLMƏSİNİ İSTƏDİ

Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarını Ermənistana göndərməyi xahiş edib.

KONKRET.az xəbər verir ki, bunu “Baza”ya bir neçə mənbə təsdiqləyib. Buna səbəb İrəvanda və digər şəhərlərdə ölkə başçısını qorxuya salan gündəlik kütləvi etiraz aksiyalarıdır.

Mənbənin sözlərinə görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan KTMT-yə rəsmi sorğu göndərib.

“O, Moskvaya Təşkilat üzvlərindən zəmanət almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf edərsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri qoşun yeridəcək, kütləvi iğtişaşları yatıracaq və Paşinyanın hakimiyyətdə qalmasına kömək edəcək.

İddialara görə, hazırda ölkədə millətçi hərəkat güclənir və bu, dövlətin konstitusiya quruluşunu təhdid edir. Buna görə də Təşkilatın Ermənistana hərbi kontingent göndərmək qərarına ehtiyac var”, – PA-dakı mənbə Baza-ya bildirib.

“Prezident Administrasiyasında Paşinyanın xahişi rədd edilib və onun özündən xahişi geri götürməsi tələb olunub, əks halda Ermənistan tərəfinə bunu rəsmi olaraq gündəmdən çıxaracağı vəd edilib”.

Başqa bir məlumata görə, Prezident Administrasiyasının cavabından sonra Ermənistanın baş naziri kənarda birbaşa Vladimir Putindən dəstək almağa çalışıb:

“Amma burada da ona rədd cavabı verilib. Paşinyanla ikitərəfli görüş tədbirin sonuna qədər təxirə salındıb ​​və Ermənistan baş naziri Putinlə görüş üçün beş saat gözləyib, lakin sonda problemini rus hərbçilərinin köməyi ilə həll etməyə razılıq almayıb”, – deyə mənbə bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*