Ermənistan qaz tədarükünü şaxələndirməyə davam edəcək.
KONKRET.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan jurnalistlərin Rusiya qazının qiymətlərinin mümkün artımı ilə bağlı suallarına cavab olaraq bildirib.
Ermənistan hökumətinin başçısı vurğulayıb ki, İrəvan Moskvanın qiymət siyasətindən asılı olmayaraq, böyük həcmli tədarük üçün alternativ marşrutlar və mənbələr axtaracaq. O əlavə edib ki, nə qədər çox belə təchizatçı tapa bilsə, bir o qədər yaxşıdır.
“Əgər tranzit ödənişləri də alacağımız Tramp marşrutu qaz kəmərinin Ermənistandan keçməsi mümkündürsə, bu marşrutu davam etdirə bilərik”, – deyə Paşinyan əlavə edib.
