Paşinyan Rusiyaya təşəkkür etdibackend

Paşinyan Rusiyaya təşəkkür etdi

“Rusiyalı tərəfdaşlar dəmir yolunun bərpası üçün genişmiqyaslı işlər aparır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Biz yeni körpülərin tikintisi ilə bağlı beynəlxalq tərəfdaşlarla danışmışıq, ümid edirik ki, onlar bizi dəstəkləyəcəklər.

Mən başa düşürəm ki, dəmir yolunun tam fəaliyyətini bərpa etmək üçün rusiyalı tərəfdaşlarımız kifayət qədər genişmiqyaslı işlər görürlər.

Birinci mərhələdə bizim obyektiv olaraq beynəlxalq dəstəyə, hətta təmizləmə işlərinə, axtarış-xilasetmə işlərinə belə ehtiyacımız yox idi. İndi bizə dəyən zərərin bərpası və ödənilməsi üçün real dəstəyə ehtiyacımız var və beynəlxalq tərəfdaşlarla danışıqlarda mümkün dəstək formalarının siyahısının olması çox vacibdir ki, bizim tərəfdaşlarımız onlara uyğun olan variantı seçə bilsinlər”, – deyə erməni baş nazir bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*