Paşinyan: “Siz istəyirdiniz ki, Qarabağdan olan soydaşlarımız İrəvanı yox, Bostonu, Parisi seçsinlər?!”backend

Paşinyan: “Siz istəyirdiniz ki, Qarabağdan olan soydaşlarımız İrəvanı yox, Bostonu, Parisi seçsinlər?!”

Ermənistanda müxalifətin satqın adlandırdığı baş nazir Nikol Paşinyan əslində erməni xalqını böyük bəlalardan xilas edib. Buna görə də müxalifətin mitinqini baykot edən sadə insanlar bununla Paşinyanın siyasətini dəstəklədiklərini ifadə ediblər. Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdikdən sonra müttəfiqlərinin və yerli müxalifətin qəzəbinə tuş gələn Paşinyana qarşı təzyiqlər isə davam edir.

KONKRET.az xəbər verir ki, parlamentdəki dinləmələrdə baş nazir deputatların suallarına cavab verib və bəzi məsələlərə aydınlıq gətirib.

Parlamentdə təmsil olunan “Ermənistan” fraksiyasının üzvü Artur Xaçaturyana səslənən baş nazir: “Qarabağda hakimiyyət dəyişikliyindən sonra siz bu tribunadan dediniz ki, görün indi nə olacaq, zənglər çalınacaq, belə olacaq, elə olacaq. Biz qalib gələcəyik. Bəli, oldu. Nə baş verdiyini gördük. İstədiyiniz və planlaşdırdığınız baş verdi.

Amma qələbə qazana bilmədiniz. Planınız aydın idi. Siz istəyirdiniz ki, Ermənistanı yenidən müharibəyə girib məğlub olsun və Qarabağdan olan soydaşlarımız İrəvanı yox, Bostonu, Parisi seçsinlər. Amma bunlar baş vermədi”, – deyə Paşinyan deputata qəzəblənib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*