Paşinyan: “Ümumiyyətlə, bu gündən lobya-düyü məntiqini dayandırırıq”backend

Paşinyan: "Ümumiyyətlə, bu gündən lobya-düyü məntiqini dayandırırıq"

“Ümumiyyətlə, bu gündən lobya-düyü məntiqini dayandırırıq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında deyib. O, təhsil müəssisələrində həyata keçirilən xeyriyyə aksiyalarına toxunub.

“Bu gün biz 500 uşaq bağçasının və ya 300 məktəbin tikintisini elan edirik. Düşünürəm ki, bizim xüsusi hesab açmaq imkanımız var. Və xeyriyyəçilər məqsədli ianə də edə bilərlər. Tikintiyə yardım və ya ianə adı ilə nələrin baş verdiyindən xəbərdarıq.

Xeyriyyə işinin necə təşkil olunduğunu bilirik. Biz bunun qarşısını almalıyıq.

Ümumiyyətlə, lobya-düyü məntiqini dayandırırıq. Xeyriyyəçilik etmək istəyənlər birbaşa nazirliyə müraciət etsinlər”, – Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*