“Paşinyan və Əliyev Praqada “Artsax”ın Azərbaycanın olması ilə bağlı razılığa gəlib” – Tevanyanbackend

"Paşinyan və Əliyev Praqada "Artsax"ın Azərbaycanın olması ilə bağlı razılığa gəlib" - Tevanyan

“Ermənistan hakimiyyəti Rusiyanı bu regiondan sıxışdırmaq üçün alət olmağa razılaşıb”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Andranik Tevanyan deyib. O, hesab edir ki, hakim “Mülki müqavilə” partiyası Azərbaycan gündəminə tam uyğun hərəkət edir: “Əslində Praqada Paşinyan və Əliyev arasında razılıq əldə olunub. Yəni “Artsax”ın Azərbaycanın bir hissəsi olmasına dair razılığa gəlinib.

Tevanyan qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri “korrupsiya” mərhələsindədir və bu, Əliyevə sərf edir: “Bu hakimiyyət Ermənistanı geosiyasi toqquşmalar teatrına çevirib. Ermənistan artıq Qərb-Rusiya münaqişəsində alver obyekti kimi görünür. Ona görə də ölkədə siyasi dəyişikliklərə ehtiyac var. Paşinyan hökuməti əslində “Artsax”ı Azərbaycanın bir hissəsi hesab edir. Onlar “Artsax”ın öz müqəddəratını təyinetmə hüququ haqqında danışmaqdan imtina edirlər”, – erməni deputat vurğulayıb.

Tevanyan Ermənistan-Rusiya münasibətlərinə qarşı qaldırılan isterikanın İrəvanın təhlükəsizliyinə təhdid olduğunu diqqətə çatdırıb: “Ermənistan hakimiyyəti elə siyasət həyata keçirir ki, burada erməni xalqının başına hansı bəlaların gələcəyindən xəbərdar olduqları aydın görünür. Amma Rusiyanı günahkar kimi qələmə vermək istəyirlər. Hesab edirik ki, nə anti-Rusiya, nə də anti-Qərb meydanına girmək olmaz. Qərb bizim düşmənimiz deyil. Amma Qərbin Rusiya ilə problemləri var. Deyə bilərik ki, Ermənistan hakimiyyəti Rusiyanı bu regiondan sıxışdırmaq üçün alətə çevrilməyə razılaşıb. Bu o deməkdir ki, Ermənistanın təhlükəsizliyi böyük təhdid altındadır”, – Tevanyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*