Paşinyana sui-qəsdə çağıran siyasi fəal saxlanıldıbackend

Paşinyana sui-qəsdə çağıran siyasi fəal saxlanıldı

Ermənistanda siyasi fəal saxlanılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanda qərbyönlü “Milli Demokratik Qütb” siyasi blokunun nümayəndəsi, siyasi fəal Muşeq Şuşanyan saxlanılıb.

Onun saxlanılmasına səbəb kimi ölkənin Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə çağırış göstərilib.

Hazırda Şuşanyan nəzarət altındadır və barəsində cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*