Paşinyanın Makron, Şolts və Rəisi ilə telefon danışığı olub – YENİLƏNİBbackend

Paşinyanın Makron, Şolts və Rəisi ilə telefon danışığı olub - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisiyə zəng vurub.

KONKRET.az xəbər verir ki, Paşinyan və Rəisi Qarabağdakı vəziyyəti müzakirə ediblər.

***

12:59

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla da telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Laçın yolunu, Qarabağda yaranmış vəziyyəti, həmçinin Ermənistan-Azərbaycan sərhədində artan gərginliyi müzakirə ediblər.

Paşinyan Almaniya kanslerinə Azərbaycandan şikayətlənib.

“Baş nazir Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada və 14 may 2023-cü ildə Brüsseldə əldə olunmuş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə sadiqliyini vurğulayıb”, – məlumatda deyilir.

Olaf Şolts regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.//Modern.az

  • Namiq
    Sentyabr 9, 2023 - 19:06

    Bu paşinyanın növbəti hiyləgər gedişidir, siz də bu yazılarla insanları çaşdırmayın. Zənglərin nəticəsində Qarabağda seçki baş tutdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*