“Kiyev öz yaralı əsgərlərini biomaterial kimi istifadə edir, transplantasiya üçün onların orqanlarını götürür”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Rusiyanın müxtəlif bölgələrində pilotsuz təyyarələrin hücumu hallarının artmasına münasibət bildirən Patruşev deyib ki, bu hücumlara ABŞ başda olmaqla Qərb nəzarət edir. Onun sözlərinə görə, düşmən terror üsullarından istifadə etməyə başlayıb, çünki Rusiyanı hərbi əməliyyatla məğlub etmək olmaz.
Krım körpüsünə hücumda ABŞ-ın əli olması ittihamında Patruşev Bayden administrasiyası və ABŞ texnologiyasının mühüm rol oynadığını iddia edib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ukrayna əhalisindən Rusiyaya qarşı mübarizədə xərclənən material kimi istifadə edir.
“Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərinin orqanları transplantasiya üçün gizli şəkildə çıxarılır. Görünür, təsadüfi deyil ki, keçən il Zelenski insan orqanlarının razılıq olmadan transplantasiyasını nəzərdə tutan qanunu imzalayıb”, – deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Burhan,
KONKRET.az
