Türkiyə Hərbi Hava Qüvvələri Somali təhlükəsizlik qüvvələri ilə birlikdə Aşağı Şəbəllə bölgəsində “Əş-Şəbab” terror qruplaşmasına qarşı birgə əməliyyat həyata keçirib.
KONKRET. az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, əməliyyat zamanı F-16 qırıcıları vasitəsilə terrorçuların mağaraları və silah anbarlarına hava zərbələri endirilib.
Məlumatda bildirilir ki, əməliyyat nəticəsində təxminən 35 silahlı şəxs zərərsizləşdirilib, həmçinin partlayıcılarla yüklənmiş bir neçə avtomobil məhv edilib.
Türkiyə uzun illərdir Somalidə hərbi mövcudluğunu qoruyur. Ölkənin burada xaricdəki ən böyük hərbi bazası yerləşir və bu bazada Somali təhlükəsizlik qüvvələrinin hazırlığı həyata keçirilir.
Son illərdə Türkiyə və Somali qüvvələrinin “Əş-Şəbab”a qarşı birgə əməliyyatları regionda mütəmadi xarakter alıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
