Türkiyə Superliqasının klubu Elvin Cəfərquliyevlə maraqlanırbackend

Türkiyə Superliqasının klubu Elvin Cəfərquliyevlə maraqlanır

Türkiyənin “Göztepe” futbol klubu “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevlə yaxından maraqlanır.

KONKRET.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

İzmir təmsilçisinin qısa müddət ərzində rəsmi təmaslara başlayacağı və 25 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcəyi gözlənilir. “Qarabağ”la 2027-ci ilə qədər müqaviləsi olan Cəfərquliyevin komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir. Sezar pizza

Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı və müzakirələrin müsbət irəliləyəcəyi təqdirdə, transfer üçün rəsmi addımların atılacağı gözlənilir.

Ötən mövsüm “Qarabağ” forması ilə bütün turnirlərdə ümumilikdə 42 matça çıxan Cəfərquliyev bu oyunlarda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*