ABŞ və İsrail Qüds şəhərində Amerikanın daimi səfirliyinin tikintisi ilə bağlı saziş imzalayıb. Kompleksin inşası üçün torpaq sahəsinin ayrılmasını nəzərdə tutan sənədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi və İsrailin xarici işlər naziri Gideon Saar imza atıb.
KONKRET.az xəbər verir ki, Donald Tramp hələ 2017-ci ilin dekabrında, ilk prezidentlik dövründə Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanımış və Vaşinqtonun diplomatik missiyasının Təl-Əvivdən buraya köçürülməsi barədə göstəriş vermişdi. Lakin indiyədək ABŞ diplomatik xidmətləri şəhərdəki müxtəlif müvəqqəti binalarda fəaliyyət göstərirdi. Tərəflərin vahid daimi ərazi üzrə razılığa gəlməsi ilə bu prosesin yeni mərhələsi başlayıb.
Natiq Səlim,
KONKRET.AZ
