Paytaxtda dələduzluq edən SMM saxlanıldıbackend

Paytaxtda dələduzluq edən SMM saxlanıldı

Bakıda dələduzluq edən sosial media meneceri (SMM) saxlanılıb.

KONKRET.az xəbər verir ki, Nəsimi rayonunda özünü sosial media meneceri kimi təqdim edərək dələduzluq edən 22 yaşlı E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./oxuaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*