backend

Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu

Bakıda zəncirvari qəza olub.

KONKRET.az xəbər verir ki, qəza paytaxtın Heydər Əliyev prospektində, keçmiş “Komsomol” dairəsinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan 7 avtomobil toqquşub. Xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bir müddət yolda tıxac yaranıb, əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*