Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Report”a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:
“Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi cariilki məbləğdən 14 manat artacaq. Artıq dörd ildir ehtiyac meyarı yaşayış minimumuna bərabərləşib və belə davam edir. Bu, yaxşı göstəricidir”.
Qeyd edək ki, bundan əvvəl yaşayış minimumu və ehtiyac meyarının məbləği 300 manat olub. Sənədə əsasən, gələn il yaşayış minimumu 314 manat (2026-cı ildə 300 manat), əmək qabiliyyətli əhali üçün 334 manat (317 manat), pensiyaçılar üçün 258 manat (245 manat), uşaqlar üçün 274 manat (260 manat) müəyyənləşəcək.
