1 milyonluq dələduzluq: iş adamı həbs edildibackend

1 milyonluq dələduzluq: iş adamı həbs edildi

Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Valeh oğlu Ramazan aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur.

İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.

Ona qarşı qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Zərərçəkənlərin şikayətindən sonra Əmrah Ramazan həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.

Zərərçəkmiş şəxs qismində 3 nəfər və “Sara Qrup” QSC tanınıb.

O da bildirilir ki, təqsirləndirilən Əmrah Ramazan Zaqatala rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*