Pentaqon altı Afrika ölkəsinin hərbçiləri ilə təlimləri ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti “Washington Post” qəzetinin sorğusuna cavab olaraq bildirib.
Həmin ölkələr Burkina-Faso, Eritreya, Efiopiya, Mali, Niger və Sudandır.
İctimaiyyətə açıqlanmayan sənədlərə görə, təlimin hökumətə milyonlarla dollara başa gələcəyi gözlənilirdi. Eyni zamanda, söhbət demokratik hökumətlərin devrildiyi və ya onlara qarşı insan haqlarının pozulması ilə bağlı ittihamların irəli sürüldüyü bir sıra problemli ölkələrdən gedir.
Bu həftənin əvvəlində Konqres nümayəndələri Ben Cardin və Elizabeth Warren müdafiə naziri Lloyd Ostindən çevrilişdən sonrakı ölkələrin qoşunlarının ABŞ-la birgə təlimlərdə iştirak etməyəcəyinə dair təminat tələb ediblər. Nəşr qeyd edib ki, Pentaqonun planlarının qəfil dəyişməsi demokratların Ağ Evi tənqid etməsinin nəticəsi ola bilər.
Burhan,
KONKRET.az
